preloader
  • Azərbaycanın istənilən nöqtəsinə çatdırılma!
  • Əkinçiliklə bağlı faydalı məlumatlar
  • Bitkiçilikdə istifadə olunan preparatlar

Bitki xəstəlikləri

Bitkilərdə fizioloji proseslərin pozulması, deformasiya, yanma, soluxma, quruma, müxtəlif ləkələrin, örtüklərin əmələ gəlməsi və başqa əlamətlərlə müşayiət olunan hər hansı bir qeyri-normal inkişaf xəstəliklərə aid edilir. Xəstəliklər qeyri-infeksion və infeksion mənşəli olmaqla 2 qrupa bölünür. Bitkilərin normal inkişaf şəraitinin pozulmasından, ətraf mühitin və iqlim amillərinin təsirindən ortaya çıxan xəstəliklər qeyri-infeksion xəstəliklər adlanır. Torpaqda bitkinin qida elementlərinin çatışmazlığından və yaxud həddindən artıq olması səbəbindən müxtəlif xəstəliklər əmələ gəlir. Bitki normal qidalanmadıqda zəifləyir, davamlılığı azalır. Belə bitkilər mikroorqanizmlər və zərərvericilərlə daha tez sirayətlənir.

Bitkilərdə qeyri-infeksion xəstəliklər 

Qeyri-infeksion xəstəliklərin qarşısının alınması üçün onu törədən səbəb aşkar edilməlidir. Xəstəliyin səbəbini aşkar etmək üçün bitkilərdə olan anormal əlamətlər aşkarlanmalı və sağlam bitki ilə olan hər bir fərq müqayisə edilməlidir. Qeyri-infeksion xəstəlikləri mənşəyinə görə aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Qida çatışmazlığı və ya artıqlığından yaranan xəstəliklər; 2. Ətraf mühitin təsirindən baş verən xəstəliklər; 3. Mexaniki zədələnmələr; 4. Pestisidlərin, mineral, üzvi gübrələrin səhv tətbiqi nəticəsində yaranan yanıqlar, xloroz və s.; 5. Sənaye tullantılarının, radiaktiv çirklənmənin və başqa səbəblərin təsirindən meydana gələn xəstəliklər. Mədəni və yabanı bitkilərdə müxtəlif qeyri-infeksion xəstəliklərin meydana gəlməsinin səbəblərindən biri torpaq-iqlim şəraitidir.

X
Əməkdaşlarımız sizin sualları cavablandırır
Salam, sizə necə kömək ola bilərik?
Sualınızı verin